4.07.2012

O son nəfəsində belə anasının əlindən tutaraq ağlamamasını rica etdi. [ Mf• John Holmes]

Dünyada yaşam ömrü müxtəlifdir Ali.Bəzən,elə ruhlar olur ki,özlərinə can axtarırlar ki,möhlətli dünyada yaşasınlar.Bəzən isə o ruhlar cansız qalar.Çünki ürək ruh geyməmişdən əvvəl dünyanı tərk edə bilər.Amma Ali yeni bir cana yeni bir ruh geymişdi.Ölüm səbəbkarı nə canın gəlməsi nə də ruhun gecikməsi idi,sadəcə qədərin acı və qapının zilini çalmadan içəri soxulan ölüm əmri verilmişdi.Əmrlər heç vaxt müzakirə olunmur.Onların işi sadəcə ünvanlara yollanmaqdır. Alinin ünvanına artıq bu əmr verilmişdi.Onlar yenə də zili çalmadan,yaşını soruşmadan ruhunu soyundurdular.Üzülmə Ali,bizlər xoşbəxt insanlarıq ki,sahibimiz şeytan deyil.Xoşbəxt insanlarıq ki,ruhumuz onun dərgahına deyildə,Onun dərgahına qaytarılır.
Ruhun şad olsun qardaşım.

  [ Mf • John Holmes ]

27.06.2012

For • Maria Holmes


Filosofcasına sevgi haqqında mükəmməl söz söyləməyi bacaran insan çoxdur Maria ,amma cümlələri qədər dürüst olmayan insanlarda heyif ki,çoxdur. Sözlərini həyatda əks tərəfə yaşatmayan insanlarda çoxdur. Sənə yazdığım hər cümləmin qarşılığını istəməyə ehtiyac belə duymayacaqsan Milena,çünki o sözlərimlə sənə səmimi sevgimidə yollayıram. Unutma Maria , unutma.



 Mf • John Holmes 

For • Maria Holmes